“Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilib

22:07 - 18 / 04 / 2016
“Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilib

Prezident İlham Əliyev 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973) ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7-ci hissədə “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və iqtisadi təhlil” sözləri “İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin.

2. 8-ci hissədə “Xüsusi Rejimli Vergi Xidməti” sözləri “1 saylı Vergilər” sözləri ilə əvəz edilsin.

3. 9-cu hissədə “Vergi Auditi” sözləri “Bakı Vergilər” sözləri ilə əvəz edilsin”.

1news.az

 

Paylaş:
878

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər