Mil-Qarabağ düzündə müxtəlif dövrlərə aid 174 abidə qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mil-Qarabağ düzündə müxtəlif dövrlərə aid 174 abidə qeydə alınıb

00:05 - 19 / 04 / 2016
Mil-Qarabağ düzündə müxtəlif dövrlərə aid 174 abidə qeydə alınıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qarabağda aparılan arxeoloji tədqiqatlar haqqında məlumat yayıb.

AMEA-dan 1news.az-a verilən məlumata görə, ölkə prezidenti İlham Əliyevin 2008-ci il fevralın 5-də imzaladığı sərəncamdan sonra çöl tədqiqatları daha intensiv xarakter alıb. Qarabağın arxeoloji tədqiqinə böyük marağı nəzərə alıb, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən bölgədə aparılan araşdırmaların qısa xülasəsini təqdim edirik.

Azərbaycan –Almaniya beynəlxalq ekspedisiyası 2009-cu ildən Mil-Qarabağ bölgəsində yerləşən I Kamiltəpə yaşayış məskənində tədqiqatlar aparır. Burada son Neolit dövrünə – təxminən 8 min il əvvələ aid çiy kərpicdən inşa olunan və Azərbaycan ərazisində qədim gil-kərpic memarlığının yüksək inkişaf səviyyəsindən xəbər verən platforma və digər tikili qalıqları açılıb. Ekspedisiya Mil-Qarabağ düzündə müxtəlif dövrlərə aid 174 abidə qeydə alıb, onların koordinatlarını müəyyən edib, yerüstü materiallar toplayıb, bəzi abidələrdə yoxlama şurflar qoyulub.

Qarabağ Neolit-Eneolit ekspedisiyası 2013-cü ildən Ağdam rayonu ərazisindəki İsmayılbəytəpə yaşayış yerini tədqiq edir. Qazıntı zamanı bu abiddə çiy kərpicdən tikili qalıqları, keramika və daş məmulatı, gildən sapand daşları və s. aşkar edilib. İsmayılbəytəpə yaşayış məskənindən əldə olunan artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz regionu üçün bir yenilik hesab olunur.

Qarabağın dağlıq hissəsində – Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpə abidələr kompleksini tədqiq etmək məqsədilə 2013-cü ildə bölgəyə  xüsusi dəstə ezam edilib. Ardıcıl araşdırmalar bu çoxtəbəqəli abidənin qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı Palıdlı nekropolunda arxeoloji qazıntılar nəticəsində Xocalı-Gədəbəy mədəniyyətinə aid 32 torpaq qəbir açılıb öyrənilib.

Bərdə arxeoloji ekspedisiyası son illər Şatırlı kəndi yaxınlığıdakı Şortəpə və Balatəpə adlı abidələrdə tədqiqat aparır. Qazıntılar Balatəpə məskəninin Eneolitdən – İlk Tunca keçid mərhələsində salındığını, Son Tunc dövründə burada təbəqələşmənin dərinləşdiyini, antik və ilk orta əsrlərdə əhali artımı ilə əlaqədar  yaşayış yerinin daha da böyüyərək Şortəpə istiqamətində genişləndiyini göstərir. 

Ağcabədi rayonu ərazisindəki Qalatəpə şəhər məskənində 2008-ci ildən aparılan araşdırmalar bu abidənin antik müəlliflərin “Aynian”, “Enian”, orta əsr müəlliflərinin isə “Yunan” adlandırdıqları qədim alban şəhərinin xarabalığı olduğunu deməyə əsas verir. Məskənin yerləşdiyi koordinatlar da həmin şəhər haqqında mənbələrin verdiyi məlumatlara uyğundur.

Arxeoloqlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə sıx əmədaşlıq edirlər. Bilavasitə bu Fondun maliyyə dəstəyi ilə “Qarabağın arxeoloji xəritə”si tərtib edilib,  beynəlxalq xarakterli 2-ci “Şuşa Qrantı” müsabiqәsi çərçivəsində “Dağlıq Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksi” adlı layihə həyata keçirilib. Gənc alimlərin iştirakı ilə “Qafqaz Albaniyasının xristian abidələri” adlı, ingilis dilli sənədli arxeoloji-tarixi film hazırlanmış, Virtual Qarabağ Tarixi Muzeyi yaradılıb.

Qarabağ abidələrində aparılan tədqiqatlarla bağlı nəticələri beynəlxalq elmi ictimaiyyətə çatdırmaq üçün bir sıra tədbirlər görülür, vaxtaşırı ölkəmizdə nüfuzlu əcnəbi tədqiqatçıların da iştirak etdiyi beynəlxalq konfranslar təşkil olunur. Bu il – 2016-cı ilin noyabr ayında Bakıda Qarabağın arxeoloji irsinə həsr olunmuş növbəti  beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.

Qarabağ abidələrindən toplanan materiallar Arxeologiya və Etnoqrafiya institutunun nəzdindəki Arxeoloji Fonda təhvil verilir. Hazırda bu Fondda 500 minə yaxın maddi mədəniyyət nümunəsi mühafizə olunur. Qarabağda son tədqiqatlar zamanı aşkar edilən yeni artefaktların bir qismi institutun İçərişəhərdə yerləşən Elmi Ekspozisiya Muzey-Sərgisində nümayiş etdirilir.

1news.az

 

Paylaş:
787

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər