Gələn həftə magistratura imtahanının ikinci cəhdi üçün qeydiyyat başlayır
Gələn həftə magistratura imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başlayır.
1news.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1-14 aprel tarixlərində aparılacaq.
Magistraturaya qəbul imtahanının ikinci cəhd imtahanı isə mayın 17-də keçiriləcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrinə əsasən, imtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
82












