Nazir: Tankerin dəniz dronu ilə vurulduğunu düşünürük - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Nazir: Tankerin dəniz dronu ilə vurulduğunu düşünürük - YENİLƏNİB

Qafar Ağayev11:27 - Bu gün
Nazir: Tankerin dəniz dronu ilə vurulduğunu düşünürük - YENİLƏNİB

Qara dənizdə Türkiyəyə məxsus neft tankerinə dəniz dronu ilə zərbə endirildiyi bildirilir.

1news.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlamasında bildiririb ki, “ALTURA” adlı tankerin Qara dənizdə dəniz dronu ilə vurulduğunu düşünürlər.

Nazirin sözlərinə görə, gəminin mühərrik bölməsində partlayış baş verib və hadisə yerində aidiyyəti qurumlar fəaliyyət göstərir.

O qeyd edib ki, Rusiya istiqamətindən xam neft yükləmiş, xarici bayraq altında üzən tankerə türk heyəti xidmət göstərir.

****

09:40

Qara dənizdə Türkiyəyə məxsus neft tankeri dron zərbəsinə məruz qalıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyəyə məxsus, 140 min ton xam neft daşıyan ALTURA adlı tankerə İstanbul boğazından 15 mil aralıda dron zərbəsi endirilib. Hadisə zamanı gəmidə güclü partlayış baş verib.

Məlumata görə, tankerin göyərtəsində və kapitan körpüsündə zədələr yaranıb, həmçinin maşın şöbəsinə su dolduğu bildirilib.

Tanker təcili yardım siqnalı verdikdən sonra hadisə yerinə Sahil Təhlükəsizliyi qüvvələri və “Nene Hatun” çoxməqsədli qəza-xilasetmə gəmisi cəlb olunub.

Hazırda gəmidə müdaxilə işləri davam edir. Hadisənin hücum olub-olmaması ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Qeyd olunub ki, gəmi heyəti arasında xəsarət alan yoxdur, 27 nəfər türk heyət üzvünün vəziyyəti qənaətbəxşdir.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər