Azərbaycan – Sent Lüsiya oyununun hakim təyinatları məlum olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan – Sent Lüsiya oyununun hakim təyinatları məlum olub

13:18 - Bu gün
Azərbaycan – Sent Lüsiya oyununun hakim təyinatları məlum olub

Azərbaycan millisinin "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

1news.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Giorgi Kruaşviliyə Levan Varamişvili və Giorgi Elikaşvili kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma martın 27-də, saat 19:00-da start götürəcək.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər