Ötən gün Azərbaycanda üstü açılan cinayətlərin sayı açıqlandı
Ölkə ərazisində son sutkada 36 cinayət açılıb.
1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 25-də ölkə üzrə qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Həmçinin axtarışda olan ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı 5 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
106












