Əli Həsənov: “Yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv danışıqlar başlaya bilər”
“Ola bilsin ki, yaxın günlərdə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv danışıqlar prosesi başlayacaq”.
Bunu AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
“Azərbaycan danışıqlar prosesinin intensivləşməsi və işğal olunan ərazilərin azad olunması prosesinə daxil olub”,- o deyib.
Əli Həsənov qoşunların təmas xəttində aprelin əvvəlində başlayan hərbi əməliyyatların necə dayandırıldığını qeyd edib.
“Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərinin cağırışana cavab olaraq hərbi əməliyyatları dayandırıb. Lakin ermənilər öz mövqelərinin itirilməsi, məğlubiyyətlə barışmaq istəmirdi. Ona görə də atışi dava intensiv olaraq davam etdirirlər. Onlar layiqli cavab aldılar və Azərbaycan ordusunun növbəti uğurlarından qorxub hərbi əməliyyatların dayandırılması və danışıqlar prosesinə başlayıb”- “Xəzər telekanalının efirində ki çıxış zamanı Ə.Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan sadəcə olaraq, danışıqların intensivləşdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və “buna da bizim haqqımız var”.
“ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışına cavab olaraq Azərbaycan atəşi dayandırmışdı, amma ermənilər itirdikləri mövqeləri və ordularının ciddi şəkildə məğlubiyyətini qəbul edib, barışmaq istəmirdilər.
Ona görə də intensiv şəkildə atəşi davam etdirirdilər. Düzdür, onlar layiqli cavablarını alırdılar, amma Azərbaycan ordusunun növbəti uğurlu zəfər yürüşündən qorxaraq bu atəşin dayandırılması və sülh danışıqlarına başlanılması təklifinə razılıq verdilər. Bu təşəbbüs Rusiya prezidenti Vladimir Putindən gəldi. O, hər iki ölkə prezidentinə müraciət etdi və müvafiq olaraq hal-hazırda danışıqlar prosesi hazırlanır. Yəqin ki, bugünlərdə danışıqların intensiv mərhələsi başlayacaqdır”, - deyə Əli Həsənov bildirib.
1news.az