“Bu xahiş deyil, yardım harayıdır!” : bizim köməyimiz olmasa gözəl bir qız məhv ola bilər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bu xahiş deyil, yardım harayıdır!” : bizim köməyimiz olmasa gözəl bir qız məhv ola bilər - FOTO

15:12 - 19 / 04 / 2016
 “Bu xahiş deyil, yardım harayıdır!” : bizim köməyimiz olmasa gözəl bir qız məhv ola bilər - FOTO

“Dostlar, yaxınlar, doğmalar!!! Bu xahiş deyil, bu yardım harayıdır!!!

Mənim ailəmdə böyük faciə baş verib! Mənim yeganə, kiçik bacımın həyatı sönmək üzrədir. Bacımın həyatı təhlükə altındadır, kritik həddə çatıb. Həyatının geri sayımı artıq aylarla deyil, həftələrlədir!! Bu yaxınlarda bacıma həkimlər tərəfindən ağır diaqnoz qoyulub: Qan xərçəngi. Kəskin mieloid leykoz M2..

Mən heç vaxt düşünməzdim ki, bu bizim ailəmizdə ola bilər, hələ bizim balaca Kamillanın başına gələ biləcəyini heç vaxt ağlıma gətirməzdim”.

13 yaşlı Kamilla Əkbərovanın qardaşının Facebook sosial şəbəkəsində paylaşdığı statusu şəbəkə istifadəçiləri tərəfindən bir qəlbin harayı kimi qəbul olunub. Yüzlərlə paylaşım, ilk pul köçürmələri və gənc qız Kamillanın sağalması üçün yardım etmək istəyi 9 minə qədər insanı cəmi  4 gün ərzində birləşdirib. Buna görə xüsusi qrup yaradılıb.

Status müəllifi Eldarın sözlərinə görə kiçik bacısının ağır  xəstəliyə tutulması xəbərini ailələri bir neçə gün əvvəl öyrənib.

“Kamilla qəflətən kəskin arıqlamağa başladı. Tez yorulur, dərslərinə yaxşı hazırlaşa bilmirdi. Biz əvvəl elə bildik ki, orqanizmi böyüdüyünə görə bu dəyişikliklər baş verir. Lakin Kamilla yeməkdən imtina edəndə, tez-tez ürəkkeçməsi baş verəndə həyəcan təbili çalmağa başladıq.

Yerli poliklinikada qan analizi verəndə hamımız şoka düşdük: qanda hemoqlabinin sayı normal 100-130-a qarşı 40 vahid təşkil edirdi. Bizi təcili Hemotologiya və Transfusiologiya Tədqiqat İnstitutuna biokimya və biopsiya üçün göndərdilər. Lakin orada da cavablar ürəkaçan olmadı. Talassemiya mərkəzində bizə diaqnozu bildirdilər. Bu eşidə biləcəyimiz ən ağır diaqnoz idi. “Kəskin leykoz”- Eldar deyib.

Onun sözlərinə görə bundan sonra ailələrinin həyatı “ buna qədər” və “bundan sonraya” ayrıldı.

- Elə təəssürat var idi ki, göy başımıza uçdu. Mən ömrümdə ilk dəfə ağladım. Nə üçün? Niyə Kamilla? Niyə mənim, yeganə balaca bacım belə əzab cəkməlidir? ..

Eldarın sözlərinə görə Kamilla təcili şəkildə sümük iliyinin transplantasiyası üzrə əməliyyat keçirməlidir. Qızın doğmaları təcili dünyanın bütün  ölkələrindəki onkoloji xəstəxanalara zəng vurdu. Onlara deyilən rəqəmlər fərqli idi. Lakin hamısı Kamillanı ailəsinin maddi imkanları xaricində idi.

- Bizim ailəmizdə ancaq atam işləyir. Mən bu yaxınlarda institutu bitirmişəm, indi əsgərlikdəyəm. Biz indi   sadəcə, ümidsizlik içindəyik çünki bacımın müalicəsi üçün 300 min manat lazımdır.

Mən həmvətənlərmizə müraciətdən başqa  nə edə biləcəyimi bilmirəm. Xahiş  edrəm bacıma yardım edin, ona yaşamaq şansı verin ! Onun sadəcə 13 yaşı var! O, ölməli deyil! Bizim Kamillamız bu günə qədər deyən gülən, enerji dolu idisə, indi kömək olmadan yerindən belə tərpənə bilmir. Xahiş edirəm, Kamillanı xilas etmək üçün bizxə yardım edin!- Eldar deyir.

Biz də Kamilla Əkbərovanın doğmalarının müraciətinə qoşularaq, etinasız olamayan insanları yardıma çağırırıq. Tibbi sənədlərin rekvizitləri və skrini aşağıda verilib. Yığılan məbləğdən asılı olaraq valideynləri Kamillanı müalicə üçün hansı xəstəxanaya apara bicəklərini müəyyənləşdirəcək. İndi Kamilla Talassemiya mərkəzindədir, ona terapiya tətbiq olunur. O, və doğmaları inanır ki, çox yaxında ən böyük nemət – həyatını davam etdirmək şansı olacaq.

 Verən əllər bərəkətli olsun!

Əlaqə telefonları:

+ (994)70-553-32-83 Nazim (əmisi)

+(994)50-332-36-63 Eldar (qardaşı)

Rekvizitlər:

BanktoBank :

Bank Respublika

Kod: 504777

VOEN: 9900001901

Müxbir hesab: AZ80NABZ01350100000000014944

SWIFT: BRESAZ22

Million:

380194401652099901

AZE 14088153

1news.az

Paylaş:
27049

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər