Oqtay Əsədov: “Qarabağ probleminin həlli üçün vasitəçilər lazımdır”
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq vasitəçilərin cəlb edilməsi vacibdir”.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov bəyan edib.
“Bizə beynəlxalq vasitəçilər lazımdır (münaqişəni tənzimləmək üçün)”, - o, İran parlamentinin spikeri Əli Laricani ilə Moskvada görüşü zamanı bildirib.
Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistanqoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.
Aprelin 5-də saat 12:00-dan etibarəntəmas xəttində hərbi əməliyyatlar dayandırılıb.
1news.az