Döyüş meydanında itkin düşən sonuncu hərbiçimizin meyiti tapıldı
Azərbaycan tərəfi 2-5 aprel tarixlərində Qarabağ ərazində gedən hərbi əməliyyat zamanı itkin düşən sonuncu hərbiçimizin meyitini tapdı.
Bu haqda Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Çərşənbə axşamı aparılan axtarışlar Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilir.
İtkin düşən hərbçinin meyiti daha əvvəl axtarış aparılan sahədə tapılıb.
“Bu belə düşünməyə əsas verir ki, erməni tərəfi naməlum səbəblərdən meyiti gizlədib, lakin bu haqda nə Azərbaycan tərəfinə, nə də vasitəçilərə xəbər verməyib. 19 apreldə aqxtarışların bərpa edilməsi haqqında xəbər yayılandan sonra daha əvvəl axtarışların aparıldığı əraziyə meyidi qoyub”,- Azərbaycan Müdafiə Nazirliyindən bildirilir.
Məlumatda deyilir ki, hazırda meyitin tanınması, hərbçinin ölüm şəraiti, vaxtı, səbəbi, meyitin üzərində hər hansı zorakılıq və təhqirlərin olub olmadığı məhkəmə-tibbi ekspertizası vasitəsilə müəyyənləşdirilir.
1news.az