İordaniya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti barədə məlumatlandırılıb | 1news.az | Xəbərlər
Siyasət

İordaniya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti barədə məlumatlandırılıb

18:25 - 19 / 04 / 2016
İordaniya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti barədə məlumatlandırılıb

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovun bu ölkənin “Əl-Diyar” qəzetində aprelin 2-5-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı müsahibəsi dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfir münaqişənin tarixi haqqında məlumat verərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxladığını, bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi daxil olmaqla, ərazisinin bir hissəsinin Ermənistan tərəfindən hərbi işğalının davam etməsi və Ermənistanın həmin ərazilərdə qeyri-qanuni hərbi mövcudluğu yaranmış gərginliyin başlıca səbəbidir. Məhz bu amil sülhün bərqərar olunması və münaqişənin siyasi yolla həll edilməsinə başlıca maneədir. Qoşunların təmas xəttində gərginliyin yaradılmasına görə Ermənistan tam məsuliyyət daşıyır.

Müsahibədə münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək sözügedən qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının tələb edildiyi bildirilir.

Eyni zamanda, qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilən son təxribatların bir daha Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirdiyi və Ermənistanın bu cəhdlərinin status-kvonun saxlanmasına yönəldiyi diqqətə çatdırılır.

Səfir münaqişənin həll olunması ilə bağlı Azərbaycanın mövqeyinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə və beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslandığını vurğulayaraq, davamlı sülhə nail olmaq üçün yeganə yolun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa edilməsi olduğunu bildirib. Məqalədə münaqişənin yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna biləcəyi bir daha diqqətə çatdırılıb.

Bununla yanaşı, səfir qeyd edib ki, aprelin 2-də cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə məruz qalıb. Erməni silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və ciddi yaralanıb, eyni zamanda, ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub. Son hərbi əməliyyatlar Azərbaycan tərəfdən mülki əhalinin həlak olması və mülki obyektlərə ziyan dəyməsinə səbəb olub.

Müsahibədə bildirilir ki, Azərbaycan Silahlı Qüvvələri özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atıb. Hazırda vəziyyət gərgin olaraq qalır. Təmas xətti boyunca Azərbaycanın mövqelərinin artilleriya da daxil olmaqla, ağır silahlardan atəşə tutulması davam edir. Ermənistan işğal olunmuş ərazilərdə əlavə raket və artilleriya qüvvələri yerləşdirməklə özünün ağır artilleriya imkanlarını gücləndirməyə cəhd edir və bu ölkənin hərbi helikopterləri işğal olunmuş ərazilərlə Ermənistan arasında intensiv uçuşlar həyata keçirib.

Ermənistanın ardıcıl olaraq təxribatlar törətmək və gərginliyi artırmaq, işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu gücləndirmək, demoqrafik vəziyyəti, zəbt etdiyi torpaqların mədəni və fiziki xarakterini qeyri-qanuni dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaq, həmçinin erməni əhalisini bu ərazilərə köçürməkdə başlıca məqsədi açıq şəkildə Azərbaycan ərazilərinin ilhaqı və qəbuledilməz və qeyri-davamlı olan status-kvonun saxlanılmasıdır.

Ermənistan danışıqlar prosesini pozmaq məqsədilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son təklifləri də daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bütün təşəbbüslərini rədd edib. Bununla yanaşı, Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq, Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır. Rəsmi Yerevan həqiqətən də hərbi münaqişənin siyasi həllinin tapılmasında maraqlı deyil. Münaqişənin həllinin yeganə yolu BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərində təsbit edildiyi kimi, erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasından keçir.

Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını dayandırmağı, işğal olunmuş bütün ərazilərdən öz qoşunlarını çıxarmağı və münaqişənin həlli prosesində konstruktivlik göstərməyi tələb etməyə çağırır.

1news.az

Paylaş:
523

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər