Rusiya və ABŞ nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

Rusiya və ABŞ nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə ediblər

19:00 - 19 / 04 / 2016
Rusiya və ABŞ nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə ediblər

Çərşənbə axşamı, aprelin 19-da Moskvada Rusiyanın xarici işlər naziri Qriqoriy Karasin ilə ABŞ-ın Rusiyadakı səfiri Con Tefftomun görüşü baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Rusiya XİN-in rəsmi saytında qeyd olunub.

Görüş ABŞ səfirinin təşəbbüsü ilə həyata keçib.

“Görüş zamanı Zaqafqaziyadakı vəziyyət, əsasən də Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət də müzakirə olunub”, - Rusiya XİN-in məlumatında qeyd olunur.

Həmçinin Ukrayna böhranının həlli istiqamətində fikir mübadiləsi aparılıb. Bundan əlavə, Moldova və Gürcüstandakı vəziyyətə də toxunulub.

Dağlıq Qarabağ münaqişəsinin həlli yolları 2-5 aprel tarixlərində qoşunların təmas xəttində baş verən son gərginlikdən sonra daha da fəallaşıb.

1news.az

Paylaş:
594

Son xəbərlər

Bütün xəbərlər