Azərbaycanlı deputat yenidən AŞPA-nın baş məruzəçisi seçilib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova yenidən Assambleyanın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi seçilib.
Bu haqda 1news.az AZƏRTAC-a istinadla xəbər verir.
Xatırladaq ki, S.Qafarova ilk dəfə bu vəzifəyə 2015-ci il aprelin 21-də seçilmişdi.
1news.az
956