Ermənistanın İtaliyadakı səfirinin Azərbaycanla bağlı sayıqlamalarına faktlar əsasında tutarlı cavab verilib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın İtaliyadakı səfirinin Azərbaycanla bağlı sayıqlamalarına faktlar əsasında tutarlı cavab verilib

19:39 - 19 / 04 / 2016
Ermənistanın İtaliyadakı səfirinin Azərbaycanla bağlı sayıqlamalarına faktlar əsasında tutarlı cavab verilib

Ermənistanın İtaliyadakı səfiri Sarkiz Qazaryan Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginliklə bağlı İtaliya mətbuatına yalan, təxribatçı məlumatlar verərək münaqişəni “sivilizasiyalararası qarşıdurma” və dini kontekstdə təqdim etməyə çalışıb, Azərbaycan Silahlı Qüvvələri tərəfdən guya terrorçuların döyüşməsi kimi gülünc iddialarla çıxış edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məsələ ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyinin yaydığı mətbuat açıqlaması İtaliyanın “Sicilia Journal” qəzetində dərc olunub.

Mətbuat açıqlamasında səfirlik erməni səfirinin öz ölkəsinin Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün başqa arqumentlər tapa bilmədiyini, ciddilik hissini itirdiyini və öz vəzifə səlahiyyətlərini aşaraq Azərbaycana qara yaxmaq üçün bütün növ təxribatlara əl atdığını qeyd edib. Erməni səfirinin bu kimi bəyanatlarının onun Ermənistandakı hərbi diktaturanın təmsilçisi olmasından irəli gəldiyi, bu hərbi diktaturanın liderlərinin nəinki azərbaycanlı mülki şəxslərə, hətta Ermənistan vətəndaşlarına qarşı cinayətlər törətdiyi, Ermənistanın öz ərazisindən bütün etnik və dini azlıqları tərk etməyə məcbur edərək monoetnik dövlətə çevrildiyi vurğulanıb.

Açıqlamada Ermənistanının Azərbaycan ilə müqayisəyə gələ bilmədiyi, ölkəmizdə müxtəlif dinlərin sülh içində yaşadığı, Azərbaycanın multikulturalizm modelinin bu gün beynəlxalq ictimaiyyət üçün nümunə olduğu, aprelin 25-27-də Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçiriləcəyini beynəlxalq ictimaiyyətin Azərbaycanın multikulturalizm modelinə verdiyi dəyərin göstəricisi olduğu vurğulanıb. Azərbaycanın Müqəddəs Taxt-Tacla münasibətləri, həyata keçirilən və planlaşdırılan səfərlər, Heydər Əliyev Fondunun xristian mədəni irsinin bərpasına böyük töhfələr verdiyi də xatırladaraq diqqətə çatdırılıb ki, məhz Azərbaycanın bu kimi uğurları erməni səfirini qıcıqlandırır və onu yalan danışmağa sövq edir.

Səfirlik əlavə edib ki, beynəlxalq humanitar hüquqa uyğun fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinə böhtan atmaq əvəzinə, erməni səfiri artıq öz təsdiqini tapmış ASALA erməni terrorçu təşkilatının Ermənistan silahlı qüvvələri tərəfindən döyüşməsi, bu təşkilatın dünyanın bir sıra ölkələrində terror aktları törətməsi, hərbi təcavüz zamanı azərbaycanlı mülki əhalinin xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirilməsi, onlara qarşı misli görünməmiş fiziki zorakılığın tətbiq edilməsi faktlarına aydınlıq gətirsin. Səfirlik, habelə İtaliya kütləvi informasiya vasitələrini erməni tərəfinin bu kimi təxribatlarına yer verməmələrinə və hər hansı bir məlumatın yayılmadan öncə diqqətlə və peşəkar qaydada yoxlanılmasına çağırıb.

Qeyd olunan fikirlər Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “TV2000” və “RaiNews24” kanallarına verdiyi müsahibələrdə də yer alıb.

Erməni səfirinin bu təxribatı İtaliya ictimaiyyətində birmənalı qarşılanmayıb. Belə ki, “Notizie Geopoltiche” onlayn qəzetinin baş redaktoru Enriko Oliari məsələyə dair erməni səfirinin fikirlərinə etiraz edərək bu fikirləri alt-üst edən dəlillərlə çıxış edib, Azərbaycanda dini tolerantlığın inkişaf etdiyini, dini azadlıqların qorunduğunu, Bakıda pravoslav və katolik kilsələrinin fəaliyyət göstərdiyini faktlarla göstərib.

Habelə italiyalı jurnalist Filippo Bovo “Opinione Pubblica” qəzetində məsələyə münasibət bildirərək qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsini xristian və müsəlman sivilizasiyaları arasında qarşıdurma prizmasından təqdim etməsi xristian dünyasında özünə dəstək qazanmaq məqsədini daşıyır. Lakin Ermənistanın ərazi iddiaları üzərində qurulmuş bu münaqişəyə dini don geyindirmək uğursuz cəhddir. Müəllif vurğulayıb ki, Ermənistanının Gürcüstana da ərazi iddiaları irəli sürməsi münaqişənin dinlə heç bir aidiyyətinin olmadığını sübut edir.

Eyni zamanda, italiyalı jurnalist Domeniko Letizia “Opinione” qəzetində Azərbaycanın beynəlxalq humanitar hüquqa uyğun fəaliyyət göstərən nizami orduya malik olduğunu, əksinə Ermənistan tərəfdən ASALA beynəlxalq erməni terrorçu təşkilatının üzvlərinin döyüşdə iştirak etdiyinə dair sübutların mövcudluğunu qeyd edib, Azərbaycanın işğal olunmuş ərazilərinin beynəlxalq nəzarətdən kənarda qalması səbəbindən ermənilərin həmin ərazilərdə qeyri-qanuni olaraq narkotik maddələr yetişdirdiyini və bundan əldə edilən vəsaitlə həmin ərazilərdəki erməni terrorçu təşkilatlarını maliyyələşdirdiyini bildirib.

D.Letizia Azərbaycanın dünyəvi, tolerant, xristian və yəhudilərin sülh içində yaşadığı bir ölkə olduğunu qeyd edib, Azərbaycanın xristian aləmi ilə münasibətlərinin yüksək səviyyədə olması və cari ilin oktyabr ayında Papa Françeskonun ölkəmizə səfərinin nəzərdə tutulduğu diqqətə çatdırıb. Jurnalist, habelə Azərbaycanda önəmli yəhudi icmasının yaşadığını, Azərbaycanın İsraillə yaxın əlaqələrinin olduğunu da vurğulayıb.

1news.az

Paylaş:
535

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər