Səlim Müslümov Xızıda vətəndaş qəbulu keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov Xızıda vətəndaş qəbulu keçirəcək

22:00 - 19 / 04 / 2016
Səlim Müslümov Xızıda vətəndaş qəbulu keçirəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xızı, Abşeron, Qubadlı  rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək.

1news.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul aprelin 22-də saat 10:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə (018) 644-64-21, Abşeron rayonu üzrə (012) 401-47-85 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək. 

1news.az

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər