​Türkiyə prezidenti Azərbaycana aprelin 26-da səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

​Türkiyə prezidenti Azərbaycana aprelin 26-da səfər edəcək

23:09 - 19 / 04 / 2016
​Türkiyə prezidenti Azərbaycana aprelin 26-da səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana aprelin 26-da səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.

Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində - BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.

"Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək", - deyə agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin Azərbaycana səfəri 17 fevral və 13 mart tarixlərində Ankarada törədilən terror aktları səbəbindən iki dəfə təxirə salınıb.

1news.az

Paylaş:
777

Son xəbərlər

Bütün xəbərlər