SAM-ın aparıcı elmi işçisi Harvard Universitetində məruzə ilə çıxış edəcək | 1news.az | Xəbərlər
Siyasət

SAM-ın aparıcı elmi işçisi Harvard Universitetində məruzə ilə çıxış edəcək

18:24 - 20 / 04 / 2016
SAM-ın aparıcı elmi işçisi Harvard Universitetində məruzə ilə çıxış edəcək

Aprelin 21-də Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva Boston şəhərinə səfər edəcək.

1news.az-ın məlumatına görə, G.Rzayeva Harvard Universitetinin Kennedi məktəbinin Mossavar-Rahmani Mərkəzində “Azərbaycan qazının yeni geosiyasi mühitdə yeni regional imkanları” mövzusunda məruzə oxuyacaq.

G.Rzayeva aprelin 27-də nüfuzlu beyin mərkəzi “The Jamestown Foundation” tərəfindən təşkil olunacaq “Qara Dəniz və Cənubi Qafqazda enerji və geosiyasət - hazırki vəziyyət” adlı konfransda “Azərbaycanın qaz hasilatı və ixrac potensialı” mövzusunda məruzə ilə çıxış edəcək.

Daha sonra G.Rzayeva ABŞ-ın nüfuzlu beyin mərkəzi “Atlantic Council” tərəfindən təşkil olunacaq “ABŞ maye qaz ixracatı və Avropanın enerji təhlükəsizliyi” adlı konfransda “Enerji infrastrukturu və təchizatın diversifikasiyasında mövcud çağırışlar” mövzusu ilə çıxış edəcək.

1news.az

 

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər