Bakıda iki yük avtomobili toqquşub, bir nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki yük avtomobili toqquşub, bir nəfər xəsarət alıb

09:17 - 20 / 04 / 2016
Bakıda iki yük avtomobili toqquşub, bir nəfər xəsarət alıb

Bakıda iki yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, hadisə bu gecə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, Xətai rayonunda “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1news.az

Paylaş:
453

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50
Bütün xəbərlər