Azərbaycanda Sahibkarlar Günü təsis olundu | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda Sahibkarlar Günü təsis olundu

18:40 - 21 / 04 / 2016
Azərbaycanda Sahibkarlar Günü təsis olundu

Prezident İlham Əliyev Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilsin”.

1news.az

 

Paylaş:
864

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər