Qarabağın milli geyimləri Daşkənddə keçirilən dəb nümayişində təqdim edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağın milli geyimləri Daşkənddə keçirilən dəb nümayişində təqdim edilib – FOTO

21:45 - 21 / 04 / 2016
Qarabağın milli geyimləri Daşkənddə keçirilən dəb nümayişində təqdim edilib – FOTO

Özbəkistan Rəssamlıq Akademiyasının təşəbbüsü ilə Daşkəndə keçirilən Təsviri İncəsənət Festivalı çərçivəsində dəb nümayişi olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nümayişdə ölkənin gənc modelyerlərinin kolleksiyaları təqdim edilib.

Sərgidə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri, Kəmaləddin Behzad adına Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, bu sahədə çalışan müəllim və tələbələr, mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə məşhur “Sarı gəlin” xalq mahnısının sədaları altında modelyer qızlar Qarabağ milli geyimlərini nümayiş etdirib. Buraya XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, bölgənin zadəgan xanımlarının geyimləri daxildir. Xüsusi daş-qaşlarla bəzədilən və ipəkdən hazırlanan geyimlər böyük maraqla qarşılanıb və Festivalın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüb.

Festival çərçivəsində iştirakçılara Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs haqqında məlumatlar toplusu təqdim olunub.

Xatırladırıq ki, Qarabağ geyimləri Bakı Geyim Evi tərəfindən hazırlanıb və Mərkəzin “Azərbaycan milli geyimləri” muzeyində daimi nümayiş etdirilir.

1news.az

 

Paylaş:
1539

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər