Bakıda intihara cəhdin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda intihara cəhdin qarşısı alınıb

10:16 - 21 / 04 / 2016
Bakıda intihara cəhdin qarşısı alınıb

Bakıda intihar hadisəsinin qarşısı alınıb.

1news.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yeraltı avtomobil tunelinin uzərinə çıxması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

1news.az

 

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər