Bakıda sürücü qız dələduzu ifşa etdi: “Bil ki, sən kişi deyilsən!”- VİDEO
Bakı şəhərinin küçələrində sürücülərdən, əsasən qadın sürücülərdən yalan yolu ilə pul qoparan dələduz peyda olub.
1news.az xəbər verir ki, yolda qalan sürücü avtomobilləri saxlayaraq maşının nasaz olduğunu deyir və avtokara pul lazım olduğunu iddia edərək insanlardan maddi köməklik istəyir. Qadın sürücü də həmin dələduza 15 manat verərək yaxşılıq etdiyini zənn edib. Ancaq həmin dələduz daha sonra Gənclik metro stansiyası yaxınlığında sürücünün yenidən qarşısına çıxıb və eyni sözləri bir daha təkrarlayıb.
Bunu qızın hadisə zamanı çəkərək sosial şəbəkədə paylaşdığı videoda da görmək olar. Qadın sürücü bir müddət öncə bir sürücüyə yardım etdiyini və sonradan aldadıldığını bildirib.
Sürücü xanım maşınla dələduza yaxınlaşan zaman o, bir neçə gün əvvəl dediyi sözləri yenidən təkrarlayıb. Xanım əsəbiləşərək bir neçə gün əvvəl eyni mətnlə aeroport yolunda ona yaxınlışdığını deməklə dələduzu ifşa edib.
"Sənə min kişi kömək etmədi, amma mən kişi kimi sənə köməklik elədim. Halal xoşun olsun, amma sən kişi deyilsən", - deyə sürücü qadın dələduza deyib.
1news.az