Azay Quliyev yenidən QHT Şurasının sədri seçilib | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev yenidən QHT Şurasının sədri seçilib

16:02 - 22 / 04 / 2016
Azay Quliyev yenidən QHT Şurasının sədri seçilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib. 

1news.az Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyindən istinadla xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb.

Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçilib.

A.Quliyev Şura üzvləri adından göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

1news.az

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər