Tanınmış repçi AİD Sputnik üçün Abbas Səhhətdən parça oxudu – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış repçi AİD Sputnik üçün Abbas Səhhətdən parça oxudu – VİDEO

17:13 - 22 / 04 / 2016
Tanınmış repçi AİD Sputnik üçün Abbas Səhhətdən parça oxudu – VİDEO

Sputnik.Qiraət” layihəsinin növbəti iştirakçısı AİD adı ilə tanınan məşhur repçi Orxan Zeynallıdır.

1news.az-ın məlumatına görə, o, layihə üçün görkəmli şair Abbas Səhhətin Azərbaycanda çox sevilən “Vətən” şeirini  seçib.

Sputnik.Qiraət” layihəsində xalqımızın zəngin şeiriyyatı vasitəsilə insanların birliyini, onları yaşından, cinsindən və vəzifəsindən asılı olmayaraq hansı bağlar bağladığını göstərmək çox maraqlı və düzgün fikirdir. İnsanları isə Vətən mövzusundan daha möhkəm nə birləşdirə bilər? Abbas Səhhət bu şeirində Vətənin insanlar üçün nə demək olduğunu çox gözəl göstərib”, deyə repçi bildirib.

O, həmçinin oxucuları öz videolarını hazırlamaqla “Sputnik.Qiraət” layihəsinə dəstək olmağa çağırıb. Hər bir sosial şəbəkə istifadəçisi şəxsi səhifəsində sevdiyi şeir parçasını oxuduğu videonu #Sputnik.Чтения və #Sputnik.Qiraət heşteqləri ilə paylaşaraq layihəni dəstəkləyə bilər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.

Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun “Azərbaycan” şeirindən bir parça oxumaqla layihədə iştirak edib. “Sputnik.Qiraət”də həmçinin digər ictimai-siyasi  xadimlər və mədəniyyət adamları iştirak edəcək.

“Sputnik.Qiraət” şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

1news.az

Paylaş:
710

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər