Modelyer Vyaçeslav Zaytsev: “Mən Mehriban Əliyevanın üslubuna heyranam”
Sovet və Rusiya moda aləminin ustadı Vyaçeslav Zaytsev “Moskva- Bakı” portalına müsahibə verib.
- Vyaçeslav Mixayloviç bir müddət əvvəl siz Azərbaycanda prezident çütlüyünün təşkil etdiyi təntənəli tədbirdə iştirak etmisiniz. Yadda qalan məqamlar haqqında danışa bilərsinizmi?
- Bəli mən Bakıda təşkil olunan təntənəli səhər yeyində iştirak etmişəm. Bu yemək Prezident İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva tərəfindən təşkil olunmuşdu. Bilirsinizmi, Prezidentin xanımının geyim üslubu məndə yüksək təəssürat oyatdı. Bu üslub ən yüksək qiymətə layiqdir. Mükəmməl görünmək, ünsiyyət bacarığı- bütün bunlar vəhdət təşkil edir və xoş təəssürat oyadır. Həqiqətən də, Mehriban Əliyeva, qəlbən heyran olduğum gözəl xanımdır.
- Bakı küçələrində dolaşıb insanların geyim üslubunu müşahidə etmək, qeyd etmək imkanınız oldumu?
- Gəzinti üçün vaxtımız təəssüf ki yox idi. Lakin bu o demək deyil ki, Bakıdakı xanımların necə geyindiyindən, bu gün Azərbaycan modasında hansı tendensiyaların aktual olduğundan xəbərsizəm. Bakıda moda mövzusunda çap olunan jurnallar az deyil, bunlar mənim üçün maraqlıdır və mən onları oxuyuram.
- Yaradıcılığınızda Şərq mövzusuna tez-tez müraciət edirsinizmi?
- İran miniatürləri ilə həmişə maraqlanmışam, məhz onlara maraqdan sonra etnik kostyumun tarixini öyrənməyə başladım: onun surətini çıxarır, xırda detallara qədər nəzərdən keçirir, rəsmin xüsusiyyətlərini yadda saxlayırdım.
Hər şey ondan başladı ki, hələ institutda tələbə olduğum zaman mən iran miniatürlərini özüm üçün kəşf etdim. Düzdür, bəzi müəllimlər mənə mühafizəkar yanaşdı. Özünüz qərar verin: mən İvanovadan gəlmişdim, geyimim gülməli idi: yaşıl şalvar, yaşıl gödəkçə, başımda qəribə kepka. Müəllimlərimiz estet idi, mənə belə görünüşümə görə bəziləri hətta nifrət edir, ciddi qəbul etmirdi.
Beləliklə mən kostyumun tarixi ilə maraqlanmağa başladım. Bəzən axşama qədər kitabxanada oturub arnametlərin üzünü köçürüdüm. Şəqlə dərindən maraqlanırdım. Bu gündə ona diqqətlə yanaşır, tez-tez bu mövzuya müraciət edirəm. Sonuncu kolleksiyam qeyri-adi naxışlarla bəzədilən hind və çin şallarına həsr olunub. Mənim sevimli iran miniatürlərinə bənzər bir nümunə yaranıb. Burada həm də, Azərbaycan motivləri nəzərə çarpır.
Bu yaxında Parisdə olduğum zaman orada hind mağazalarından birinə getdim və məndə sari kolleksiyası yaratmaq ideyası yarandı. Burada sari formasına uyğun stilizasiya olunmuş müasir geyim nəzərdə tutulur. Qeyd edim ki, o, Azərbaycan mövzusuna da uyğun olacaq. Geyimləri hind ipəyi və italiya parçasından tikəcəyik. Bundan əlavə mən tez-tez jakkard parçalardan və məxmərdən istifadə edirəm. Kolleksiyanı 2016-cı ilin oktyabr ayında Moskvada keçiriləcək Moda həftəsində nümayiş etdirməyi nəzərdə tuturam. Artıq ölçmələrin birinci hissəsi tamamlanıb.
“Moskva-Bakı”