Rusiya XİN: Dağlıq Qarabağda imzalanmış atəşkəs haqda saziş müddətsizdir
“Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılmasına dair 1994-cü və 1995-ci illərdə əldə olunan razılaşmalar müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir”.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə cümə axşamı günü Rusiya XİN-in açıqlamasında bildirilir.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümumi yanaşmasına tamamilə uyğun olan bu prinsipial mövqe Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyinin aprelin 12-də Azərbaycanın qurumdakı daimi nümayəndəliyinə təqdim etdiyi notasında öz əksini tapıb”.
Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə qoşunların təmas xətti boyunca Azərbaycanın ordusunun mövqeləri və ona çox yaxın yerləşən mülki əhali və obyektlər ağır artilleriyadan intensiv atəşə tutulub.
Azərbaycan ordusunun yüksək peşəkarlığı sayəsində qarşı tərəfin həmləsinin qarşısını alıb və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün atəş məntəqələrini susdurub və bu təyinatla istifadə edilən yüksəklikləri işğaldan azad edib.
Azərbaycan tərəfi Dağlıq Qarabağda son hərbi əməliyyatların bilavasitə Ermənistan SQ-nın başladıldığını sübut edən dəlillər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müfəssəl şəkildə təqdim olunub, həmçinin Ermənistan qoşunlarının törətdikləri hərbi cinayətlərin hərtərəfli araşdırılması üçün hərbi tribunalın yaradılması təklifi ilə çıxış edib.
1news.az