“İstək” liseyinin I-X siniflərinə qəbul üçün qeydiyyat davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“İstək” liseyinin I-X siniflərinə qəbul üçün qeydiyyat davam edir

11:50 - 22 / 04 / 2016
“İstək” liseyinin I-X siniflərinə qəbul üçün qeydiyyat davam edir

Övladlarının gələcəyini bu gündən düşünən və daha keyfiyyətli təhsil axtaran valideynlər bir çox səbəblərə görə Azərbaycanın milli təhsil brendi olan “İstək” liseyini seçir.

“İstək” liseyinin tədris sistemi 20 ildən artıq peşəkar pedaqoji təcrübəyə əsaslanır. Liseyin ABŞ, İngiltərə, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almış, beynəlxalq təlim sertifikatına malik olan pedaqoji heyəti hər bir şagirdə fərdi yanaşır. Şagirdin öz potensialından maksimum istifadə etməsinə şərait yaradır. Liseydə milli və beynəlxalq kurikulum birgə tətbiq olunur. Bu isə şagirdin məktəbi bitirdikdən sonra həm yerli, həm də dünya şöhrətli xarici universitetlərə yüksək nəticələrlə qəbul olmasına imkan yaradır.

“İstək” liseyi xarici dilin intensiv şəkildə tədrisinə mühüm əhəmiyyət verir. Belə ki, liseyin şagirdləri I-VI siniflərdə ingilis dilini dərindən mənimsəyərək, VII sinifdən sonra dəqiq və texniki fənləri tamamilə ingilis dilində öyrənir. Liseydə bir çox dərslər Kembric və Oksford Universitetlərinin dərslikləri ilə tədris olunur. Müasir tədris texnologiyaları və avadanlıqlarının tətbiqiylə şagirdlər biliklərini real bacarıqlara çevirmək imkanı qazanır. Liseyin şagirdləri bütün respublika olimpiadalarında iştirak etmək, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq fənn və layihə olimpiadalarında ölkəmizi təmsil etmək imkanı qazanır. Liseyin 20 növdən çox sosial fəaliyyət proqramı şagirdlərin hərtərəfli inkişafına müsbət təsir göstərir, onlarda şəxsi düşüncə, yaradıcı təfəkkür kimi keyfiyyətlərin formalaşmasına şərait yaradır.

“İstək” liseyi dünya təhsilini də azərbaycanlı şagirdlər üçün əlçatan edir. Yəni lisey beynəlxalq təhsil proqramlarını tətbiq etməklə hər bir şagirdin beynəlxalq standartlara uyğun təhsil almasını imkan yaradır. “İstək” liseyi IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP)  üzrə namizəd məktəb, rəsmi olaraq nəticələri 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir. “İstək” liseyi rəsmi olaraq “Cambridge International School” və “Cambridge English Language Assessment Authorised Centre” statusuna malikdir. Lisey tədris prosesində AP (Advanced Placement) proqramını tətbiq edir, şagirdlərinin YÖS, IELTS və TOEFL üzrə hazırlığını təşkil edir. Buna görə də liseyin şagirdləri ölkəni tərk etmədən beynəlxalq standartlara cavab verən təhsil ala bilirlər.

Hazırda “İstək” liseyinin I-X siniflərinin Azərbaycan və rus bölmələrinə qəbul üçün qeydiyyat davam edir. Belə ki, I-VI siniflər üzrə qəbul 15 iyunadək hər həftənin şənbə günü keçiriləcək. VII sinfə qəbul üzrə təqaüd imtahanı isə 24 aprel tarixində baş tutacaq.

2016-2017-ci tədris ilində “İstək” liseyinin Nərimanov və Gənclik kampuslarında VII-X siniflərin ingilis bölmələrinə də qəbul həyata keçiriləcək. İngilis bölməsində təhsil almaq istəyən şagirdlər həm də təşkil olunacaq KET və PET imtahanlarında iştirak edəcək.

Bakı, Sumqayıt, Şirvan, Quba, Lənkəran, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində fəaliyyət göstərən liseyin yataqxana şəraitinin olması bütün respublika ərazisindən şagirdləri qəbul etməyə imkan verir.

Qəbul imtahanında iştirak etmək üçün yerlər məhduddur. Qeydiyyat həftə içi hərgün saat 09:00-dan 18:00-adək həyata keçirilir. “İstək” liseyinə qəbul ilə bağlı ətraflı məlumatı  (055) 455-92-00 əlaqə telefonu və www.fb.com/istekliseyi ünvanı vasitəsi ilə əldə etmək mümkündür.

Paylaş:
1923

Son xəbərlər

Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00
Bütün xəbərlər