Zafferano restoranında “Ağ qulançar” menyusu - FOTO
Bakının ən gözəl məkanlarından biri olan Four Season Hotel Baku-da yerləşən Zafferano restoranı uzun zamandır ki, ecazkar mühit və füsunkar italyan mətbəxi ilə bir çoxlarının rəğbətini qazanıb. Bu bahar Zafferano restoranı xüsusi “Ağ qulançar” menyusunu təqdim edir.
“Tərəvəzlərin vampiri” kimi tanınan ağ qulançar yaz fəslinin ən yaxşı inqrediyentlərindən sayılır. Ağ qulançar klassik yaşıllar sinfinə aiddir, amma yerin altında bitdiyi üçün və Günəş şüalarından qorunduğuna görə, ağ qulançarda xlorofil formalaşmır. Buna görə də o ağ rəngdə olur, həmçinin onun budaqları daha da incə olur.
Qulançar uzun tarixi olan və Aralıq dənizi, Kiçik Asiya regionlarında yaranan bir bitkidir. Adının Yunan dilindən götürülmüş, tərcümədə “cücərti” deməkdir. Qulançar tərəvəz və dərman kimi istifadə olunub, ilk dəfə Misir frizlərində e.ə.3000-ci ildə təsvir olunub. Sonra qulançar Fransız monastırlarında yetişdirilirdi, və İngiltərə, Almaniyada qeyd olunub. Qulançar Yeni Dünya üçün artıq XIX əsrdə Birləşmiş Ştatlarda mövcud idi.
Zafferano restoranı aprelin 23-dən mayın 7-nə kimi qonaqların ixtiyarında olan “Ağ qulançar” menyusunu məmnuniyyətlə təqdim edir. Menyu, qəlyanaltı, əsas yemək və desertin daxil olduğu 6 yeməkdən ibarətdir. Nahar və şam yeməyi üçün nəzərdə tutulan bu gözəl bahar menyusunu qonaqlar Zafferano restoranında dada bilərlər.
Rezervasiya üçün: +99412 404-24-24 və ya [email protected]
http://www.fourseasons.com/baku/dining/restaurants/zafferano/