Xəzər dənizi kənarında “JARA” festivalı keçiriləcək - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Xəzər dənizi kənarında “JARA” festivalı keçiriləcək - FOTO

12:43 - 22 / 04 / 2016
Xəzər dənizi kənarında “JARA” festivalı keçiriləcək - FOTO

Bu ilin yayında Xəzər dənizi kənarında ilk dəfə “JARA” festivalı keçiriləcək! İyul ayının 9 və 10 Azərbaycan paytaxtı Bakının ən gözəl istirahət ocaqlarından biri SEA BREEZE-də Beynəlxalq musiqili yay festivalı keçiriləcək.

Həmin günlər Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı ilə festival və odlu-alovlu after-party keçiriləcək. Gündüz ağappaq qum, tərtəmiz dəniz, parlaq günəş və qeyri-formal dostluq ab-havasını DJ setlər bəzəyəcək və festival qonaqlarına gərginlikdən azad olmağa və ulduzların əhatəsində iki unudulmaz axşamın keçirilməsi üçün güc toplamağa kömək edəcək. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı,“Zolotoy Qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

“SEA BREEZE ərazisində Rusiya artistlərin konsertlərinin təşkilatçılığında çoxillik təcrübənin olması və həmin artistlərin paytaxt Bakı haqqında müsbət rəyləri məndə, həmkarlarım və tərəfdaşlarım Qriqoriy Leps və Vitaliy KojevnikovdaAzərbaycan paytaxtında mühüm Beynəlxalq miqyaslı musiqi festivalın keçirilməsi fikri yarandı. Biz tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanmasını planlaşdırırıq və bu hal iki dost xalqı bir-birinə daha da yaxın edəcək”,- bunu 1news.az- a müsahibəsində Emin Ağalarov deyib.

Festival ulduzlu qonaqları ilə hamını təəccübləndirəcək. Onların arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digəriləri var. Beynəlxalq “JARA” festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.

Festivalın iştirakçıları arasında həmçinin Zülfiyyə Xanbabayeva və “Rast” qrupunun adları da var.

“JARA” Beynəlxalq musiqili festivalı barədə sizi maraqlandıran məlumatı tədbirin daim yenilənən Instagram @zharafest və Facebook(www.facebook.com/zharafest) rəsmi səhifələrindən ala bilərsiniz.

Biletləri Bakı şəhərinin bütün mərkəzləşdirilmiş kassalarında əldə etmək olar.

Biletlər haqda məlumat almaq üçün+994 55 530 44 22 nömrəsinə zəng edin.

1news.az

Paylaş:
2158

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər