Azərbaycan Gənclər Fondu dünya gənclərini tolerantlığın inkişafı işində əməkdaşlığa çağırır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Gənclər Fondu dünya gənclərini tolerantlığın inkişafı işində əməkdaşlığa çağırır

13:10 - 25 / 04 / 2016
Azərbaycan Gənclər Fondu dünya gənclərini tolerantlığın inkişafı işində əməkdaşlığa çağırır

“Azərbaycan Gənclər Fondu dünyada dözümlülük və tolerantlığın inkişafına istiqamətlənmiş əcnəbi tərəfdaşlarla birgə  layihələri maliyyələşdirmək üçün açıqdır”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII  Qlobal Forumu çərçivəsində Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib:

“Azərbaycan müstəqillik qazandığı illər ərzində dünyada dözümlülük və tolerantlığın irəliləməsi ilə məşğuldur. Bu sahədəki fəaliyyətlərdən biri fondumuzun yaranmasıdır. Biz - gənclərin layihələrinin həyata keçməsində, eləcə də dünyada dözümlülük və tolerantlığın inkişafına istiqamətlənmiş fərdi layihələrin üçün unikal alətik”.

“Əcnəbi gəncləri Azərbaycanda tərəfdaş taparaq layihələrin həyata keçməsində vasitələr üçün bizə müraciət etmələrinə çağırırıq” – F.Hacıyev vurğulayıb.

1news.az

Paylaş:
1555

Son xəbərlər

Bütün xəbərlər