Oljas Süleymanov Dağlıq Qarabağ münaqişəsinin həllində dünya ictimaiyyətini aktiv iştirak etməyə çağırıb
Bakıda səfədə olan tanınmış qazax yazıçısı Oljas Süleymenov dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak etməyə çağırıb.
“Şübhəsiz ki, dünya uzun müddət bu ağrılı bölgədəki vəziyyətlə barışa bilməz”,- deyə o, aprelin 25-də jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə Qarabağ münaqişəsinin həllinə dünya ictimaiyyəti daha fəal qatılmaslıdır.
“Biz bilirik ki, indi müharibələr necə asanlıqla başlayır. Bütün kobul müharibələr bəşəri faciəyə səbəb ola bilər. Ona görə də dünya ictimaiyyəti bu münaqişənin həllində maraqlıdır”, o deyib.
Qeyd edək ki, şair, yazıçı -ədəbiyyatşünas , Qazaxıstanın xalq yazıçısı, ictimai siyasi xadim və diplomat olan Süleymenov BMT-nin Sivilizasiyalararası Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumun iştirak etmək üçün ölkəmizə səfər edib.
1news.az