Koreyanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Dillər Universitetinində K-pop Festivalı keçirilib - FOTO
Koreyanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Dillər Universitetinin akt zalında K-pop Festivalı keçirilib.
1news.az-a Koreya Respublikasının Bakıdakı Səfirliyindən verilən xəbərə görə, builki festivalda müasir Koreya musiqisi və ritmik K-pop janrını sevən 21 komandaya bölünmüş 37 gənc iştirak edib.
Festivalda birinci yerə Bts-Dope, Bts-danger adlı mahnısı ilə rəqs edən Emin Ağayev və Black Zone Crew adlı komanda layiq görüldü, ikinci yeri isə T-ara-nın, Number Nine adlı mahnısını ifa edən Pınar Ələkbərzadə adlı iştirakçı tutub.
Tədbirdə həmçinin Samsung şirkəti işçilərinin musiqi qrupu öz ifası ilə qonaq olub. Tədbirdə birinci və ikinci yeri tutmuş komandalar bu ilin sentyabrında Koreyada keçiriləcək Dünya K-pop Festivalında Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar. Dünya K-pop festivalının final iştirakçıları ayrıca seçim prosesini keçdikdən sonra müəyyən ediləcək.
1news.az