Dmitri Peskov: "Kreml Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti çox kövrək qiymətləndirir"
“Kreml Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti çox kövrək olaraq qiymətləndirir”.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Vəziyyət çox kövrəkdir”, - deyə D.Peskov Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti necə qiymətləndirməsi sualını cavablandırarkən bildirib.
Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.
Aprelin 5-də saat 12:00-dan etibarən təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.
1news.az