Binəqədidə “Gənclər evi”nin açılışı oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə “Gənclər evi”nin açılışı oldu

17:15 - 25 / 04 / 2016
Binəqədidə “Gənclər evi”nin açılışı oldu

Bu gün Binəqədi rayon, 7-ci mikrarayon, S.S.Axundov kücəsində yeni “Gənclər evi”nin açılış mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak ediblər.

Açılışda çıxış edən nazir A.Rəhimov bildirib ki, Binəqədi rayon “Gənclər Evi” ölkədə istifadəyə verilmiş 38-cı, Bakıda isə 5-ci müəssisədir. O, “Gənclər evi”nin  artıq genış şəbəkə olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Gənclər evi - gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərin psixoloji reabilitasiyasını həyata keçirən,  hüquqi və informasiya məsləhətlərin göstərilməsi məqsədilə yaradılan sosial xidmət müəssisəsidir.

Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlayıb. 2006-2008-ci illərdə - 5, 2009-2012-ci illərdə - 12, 2013-2015-ci illərdə 19 Gənclər Evi/Mərkəzi tikilib gənclərin istifadəsinə verilib.

Nazir eyni zamanda çıxışında gənclər və idman nazirliyi tərəfindən Balakən, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Tovuz, Daşkəsən, Sabunçu. Suraxanı, Xəzər, Qaradağ və  Binəqədidə tikilmiş Gənclər Evlərinin sayının 12-yə çatdığını bildirib.

Qeyd edək ki, Binəqədidəki “Gənclər evi” 3 girişli, 3 mərtəbə və zirzəmidən ibarətdir. Obyekt əsas binadan(Gənclər Evi), Qazanxana,  100 m³ -lik  İçməli və yanğın su anbarlarından ibarətdir.

1news.az

Paylaş:
967

Son xəbərlər

Bütün xəbərlər