İlham Əliyev Laos prezidentini təbrik edib
Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının prezidenti Bounyanq Volaçitə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Laos xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
1news.az
618