Elmar Məmmədyarov: “Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır” | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: “Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır”

14:12 - 26 / 04 / 2016
Elmar Məmmədyarov: “Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır”

21 il bundan əvvəl bu ay, ABŞ Dövlət Departamenti “Qlobal Terrorizm nümunələri” adlı sənəd nəşr edib və orada vurğulayıb ki, keçmiş Sovet İttifaqı ölkələrində etnik gərginliklər Qafqaz və Baltikyanı respublikalarda terrorizm aktlarına rəvac verir.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovun BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, sənəddə həmçinin göstərilib ki, Moskva şəhərində həbs olunmuş bəzi erməni xüsusi xidmət orqanları əməkdaşları 45 nəfərin ölümü və ən azı 130 nəfərin yaralanması ilə nəticələnmiş Bakı Metrosunda, eləcə də Rusiya və Azərbaycandakı qatarlarda bomba partladılmasında iştirakda ittiham olunublar:

“Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmin metamorfozu və simbiozundan əziyyət çəkib. Buna görə mən Fəaliyyət Planı ilə tam razıyam ki, “Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır, təkcə münaqişənin özünün doğurduğu əzab və idarəçiliyin olmaması səbəbindən deyil, həmçinin ona görə ki, belə münaqişələr dəstək əldə etmək, ərazi və resurslar qəsb etmək, əhaliyə nəzarət etmək məqsədilə ekstremist qruplara dərin köklü narazılıqlar yaratmağa imkan verir.” Bu səbəbdən, Ermənistan tərəfindən sonuncu atəşkəsin pozulması dövründə ASALA terrorçularının işğal olunmuş ərazilərimizdə görünməsinə təəccüblənmirik.

Həmin vaxt beynəlxalq ictimaiyyət bizi dinləyərək, universal norma və prinsiplərə əsaslanaraq zorakı ekstremizm və onun bütün forma və təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, biz bu gün bu domino effektini büdrətmək və bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq”.

E.Məmmədyarov qeyd edib ki, düzgün təhsilsiz, sosial-iqtisadi irəliləyişsiz və gender bərabərliyinə malik olmadan atılan bütün səylər iflasa məhkumdur:

“Azərbaycanda biz bunu müstəqilliyimizin ilk illərindən anladıq. Dövlət siyasətinin nəticəsi olaraq, son on ildə yoxsulluq dərəcəsi 50 faizdən 5 faizdən də aşağıya düşüb və işsizlik dərəcəsi 5 faizdən azdır. Azərbaycan İnkişaf Konsepsiyası-2020 zorakı ekstremizmin qarşısının alınması üçün Milli fəaliyyət planlarının çox elementini artıq özündə ehtiva edib. O, əhalini yüksək keyfiyyətli tibbi təminat, təhsil xidmətləri ilə təmin etmək, müasir təhsil sistemi yaratmaq və sosial müdafiə sistemini müasirləşdirmək, həmçinin gender bərabərliyi və ailələrin inkişaf etdirilməsi məqsədi daşıyır.

Biz həmçinin davamlı inkişafın tərkib hissəsi kimi strateji regional əməkdaşlığı təşviq edirik. Azərbaycan Xəzər regionunu Dünya ilə birləşdirən enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir. Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının yaxın gələcəkdə tamamlanması təkcə yaxın qonşularımız deyil, Əfqanıstanda da inkişafın xeyrinə olacaq. Bu ölkədə beynəlxalq ictimaiyyətin 15 illik təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri müsbət nəticələr vermişdir, eyni zamanda o qənaəti gücləndirmişdir ki, düzgün inkişaf və sosial-iqtisadi imkanlar olmadan zorakı ekstremizmi dəf etmək qeyri-davamlı olacaq”.

1news.az

Paylaş:
523

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər