Ərdoğan: “Bu gün biz, öz səsimizi ucaltmalıyıq ki, yeni nəsillərə xoşbəxt gələcək bəxş edək” | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: “Bu gün biz, öz səsimizi ucaltmalıyıq ki, yeni nəsillərə xoşbəxt gələcək bəxş edək”

13:55 - 26 / 04 / 2016
Ərdoğan: “Bu gün biz, öz səsimizi ucaltmalıyıq ki, yeni nəsillərə xoşbəxt gələcək bəxş edək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivilizasiyalar Alyansının Qlobal Forumun tribunasından dünyada fəaliyyət göstərən radikal qruplarla mübarizəyə çağırıb:

“Suriya və İraqda terror təhlükəsi hökm sürür. Görünür biz, dünyada dialoqa nail ola bilməmişik. Biz bu təhlükəni XXI əsrdə aşmalıyıq. Terror bəşəriyyətə böyük zərər vurur. Terror nəticəsində minlərlə insan həlak olur, yüzlərlə mədəniyyət abidələri məhv edilir”.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxışında bildirib.

Prezident qeyd edib ki, dünyada ksenofobiyanın yayılması müxtəlif mədəniyyət və dindən olan insanlar arasında uçurumlar yaradır:

“Terrorun dini və milliyyəti yoxdur. Məgər sülh idayasına əsaslanan din terror edə bilərmi? Heç vaxt”. 

Ərdoğan qeyd edib ki, İslam dini terroru qınayır, terrorçular isə bundan sui-istifadə edilər:

“Bu gün biz, öz səsimizi ucaltmalıyıq ki, yeni nəsillərə xoşbəxt gələcək bəxş edək. Bu Forumun tribunasından müraciət çox vacibdir. Bu gün bütün günhasızların nəzəri Bakıda - burada qəbul ediləcək deklarasiyada cəmlənib”.

Onun sözlərinə görə, irqçiliklə mübarizə aparmadan terrorla mübarizə etmək mümkün deyil:

“Türkiyə artıq 35 ildir ki, terrorla mübarizə aparır. Əgər biz terrorla mübarizə aparırıqsa, o zaman səmimi olmalıyıq. Terrorçuları silahla təchiz edənləri qınamalıyıq. Suriyada artıq 6 ildir ki, insanlar həlak olur. Buna son vermək lazımdır”.

1news.az

Paylaş:
438

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər