Keçmiş məhkum həmyerlisini bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məhkum həmyerlisini bıçaqladı

14:42 - 26 / 04 / 2016
Keçmiş məhkum həmyerlisini bıçaqladı

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən adıçəkilən rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Bağırov münaqişə zəminində həmyerlisi Mədət Abdullayevə bıçaqla xəsarət yetirib.

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bağırov tutulub.

1news.az

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər