İlham Əliyev Niderland kralına təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Niderland kralına təbrik məktubu göndərib

18:35 - 26 / 04 / 2016
İlham Əliyev Niderland kralına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Niderlandın kralı Villem-Aleksandra təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Əlahəzrət,

Niderland Krallığının milli bayramı – Kral günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

1news.az

 

Paylaş:
606

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər