Azərbaycanla Bruney arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Bruney arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

20:17 - 26 / 04 / 2016
Azərbaycanla Bruney arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Bruney Krallığının xarici işlər və ticarət naziri Cok Senq Lim ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olundu.

Nazir Cok Senq Lim tədbirdə iştirak edən Brüney nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü ifadə etdi.

Azərbaycan və Brüneyin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olundu.

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi apardılar.

1news.az

 

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər