Bu gün Abşeronda iki avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq – XƏRİTƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Abşeronda iki avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq – XƏRİTƏ

10:17 - 26 / 04 / 2016
Bu gün Abşeronda iki avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq – XƏRİTƏ

Çərşənbə axşamı, aprelin 26-da “Azəravtoyol” ASC Abşeronda iki avtomobil yolunda hərəkəti qismən məhdudlaşdıracaq.

1news.az-a ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Tağıyev-Sahil və Masazır-Novxanı avtomobil yollarında yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi, zəruri olan yerlərdə isə əyri xətli dəmir tirlərin dəyişdirilməsi işləri aparılacaq.

İşlər axşam saat 17:00-dək davam edəcək. Bu müddət ərzində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

1news.az

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər