DİN Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb

12:26 - 26 / 04 / 2016
DİN Bakıda polisin öldüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi dünən Bakıda baş verən və polis əməkdaşının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, aprelin 25-də saat 08:00 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakinləri Kamran Abbasovun idarə etdiyi “Mercedes” və İsmayıl Babayevin idarə etdiyi “İsuzu” markalı (avtobus) avtomobillər toqquşub.

Nəticədə K.Abbasov hadisə yerində ölüb, İ.Babayevin 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Mövzu ilə əlaqədar:

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub, polis əməkdaşı ölüb

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər