Zakir Həsənov ermənilərin atəşə tutduğu Tərtər rayonuna gedib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən Tərtər rayonunda səfərdədir.
1news.az-ın məlumatına görə, ilk olaraq müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbərliyi Tərtər şəhərində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub və ehtiramlarını ifadə ediblər.
Müdafiə naziri, Tərtər rayon icra hakimiyyətinin başçısı M.Məmmədov ilə birgə aprelin 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun sakinlərinə məxsus ziyan dəyən evlərə baxış keçirib. Nazir sakinlərlə görüşərək onları dinləyib, qayğıları və problemləri ilə maraqlanıb.
Rayondakı vəziyyətlə bağlı Müdafiə naziri müvafiq tapşırıqlar verib.
1news.az