Əli Həsənov: Jurnalistika bütün münaqişələrdə tərəfdir | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Jurnalistika bütün münaqişələrdə tərəfdir

13:59 - 27 / 04 / 2016
Əli Həsənov: Jurnalistika bütün münaqişələrdə tərəfdir

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov problemli məsələlərin işıqlandırılmasında vahid yanaşma tərzinin formalaşmasının vacibliyini qeyd edib.

“Bizim yaşadığımız məkanda təxminən 50 münaqişə var və onların hamısında jurnalistika iştirak edir. Dağlıq Qarabağ, Dnesteryanı, Abxaziya, rus-çeçen münaqişəsi, Ukrayna münaqişəsində -hər bir yerdə jurnalistika tərəfdir”,- deyə Ə.Həsənov BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “KİV-in peşəkarlığı: Təcavüzkar ekstremizmin təbliğinə qarşı vasitələrin təşkili” mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.  

Onun sözlərinə görə, hər bir jurnalist mövzunu işıqlandırarkən tərəf olur. “Erməni jurnalist Dağlıq qarabağdakı öz separatçısını qəhrəman kimi qələmə verir. Azərbaycan jurnalistikası da ərazisini işğal edən 1 milyondan çox insanı qaçqın və köçkün vəziyyətinə salanları müvafiq formada göstərir. Yəni nəzəri və priktiki jurnalistika arasında fərq vardır. Jurnalistika siyasət ərtafında fəaliyyət göstərir. Jurnalistlər bu və ya digər fikirlərin daşıyıcısıdır.: milli, maddi, sosial və s. Biri  üçün pis olan bir məsələ başqalarında yaxşı ola bilər”, Ə.Həsənov deyib. O, Suriyadakı hadisələrin işıqlandırılmasına diqqəti yönəldib.

“Belə fikir yaranır ki, sanki bütün dünya eyni mövqeyi dəstəkləyir: Əsəd insan haqlarının pozub, ona görə də hakimiyyətdən  getməlidir.  Lakin başqa cür düşünən jurnalistlər yoxdurmu? Diqqət yetirin biz bu tədbiri həyata keçirir, öz multikulturallığımızı və tolerantlığımızı nümayiş etdiririk.Bu günlərdə bu haqda çox danışılıb, lakin baxın ki, bu günlərdə erməni KİV-ində nələr yazılıb. Onlar Bakı deklarasiyasına qoşulmamağa çağırırdı. Niyə? Cünki onlar özləri də subyektiv maraqların daşıyıcısıdır”,- deyə, Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

1news.az

Paylaş:
501

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər