Siyəzəndə 8 şagird keksdən zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Siyəzəndə 8 şagird keksdən zəhərlənib

17:24 - 27 / 04 / 2016
Siyəzəndə 8 şagird keksdən zəhərlənib

Bu gün Siyəzən rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Siyəzən rayonunun Zarat tam orta kənd məktəbinin 8 şagirdi zəhərlənmə diaqnozu ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 2005-ci il təvəllüdlü Tacəddinova Samirə Rasim qızı, Ağaverdiyev Novruz Qurbanəli oğlu, Abdulrəhimov Məmməd Elşən oğlu, Mirzəyev Rza Xələf oğlu, Əliyarov Həmid Gülyar oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Məmməd Mövsüm oğlu, Aslanov Əbülhəsən Rabil oğlu və 2006-cı il təvəllüdlü Seyiddəmirova Xədicə Tahir qızıdır. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Siyəzən Təhsil Şöbəsinin müdiri Rafael Hacıyev APA-nın yerli bürosuna bildirib ki, məktəblilər keks alıb yeyiblər, bundan sonra onlar özlərini yaxşı hiss etməyiblər və xəstəxanaya yerləşdiriliblər: “Hazırda onların səhhətində ciddi problem yoxdur. Hamısı evə buraxılıb”.

Onun sözlərinə görə, məktəblilər keksi məktəbin bufetindən deyil, məktəbdən kənarda yerləşən mağazadan alıblar.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
558

Son xəbərlər

Bütün xəbərlər