BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işini başa vurub | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işini başa vurub

18:51 - 27 / 04 / 2016
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işini başa vurub

BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” mövzusunda VII Qlobal Forumu mühüm hadisə oldu.

1news.az-ın məlumatına görə, bu barədə tədbirin bağlanış mərasimində çıxışı zamanı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib.

“Azərbaycan hökuməti ilə əməkdaşlıqdan qürur duyuram. İnkluziv cəmiyyətdə həyat üçün təcrübəni bölüşmək burada yaradılan platforma ideyaları və tərəfdaşları seçmək üçün gözəl imkan oldu. Dayanıqlı inkişafla bağlı gündəmimiz BMT-nin gündəmi ilə eynilik təşkil edir. Lakin mən ancaq keçmişdə qalanlarla bağlı deyil, həm də perspektivlər barədə danışmaq istərdim. Belə ki, mən vətəndaş cəmiyyətindən, elmdən və siyasətçilərdən olan məsləhətçilərimin rəsmən işə başlamalarını elan etməkdən qürur duyuram”- deyə, Əl-Nasir qeyd edib.

Öz növbəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sivilizasiyalar Alyansı rəhbərliyinin Bakıda forum keçirmək qərarını qəbul etdiyinə görə onlara Azərbaycan hökuməti adından təşəkkürünü bildirib.

“Biz xüsusi olaraq cənab Əl-Nasirə bu forumun nüfuzuna təsir etdiyi üçün təşəkkürümüzü bildiririk”, - A.Qarayev deyib.

O, qeyd edib ki, forumun işində 147 ölkədən 1500 nümayəndə iştirak edib. Onların sırasına 800 nəfərdən ibarət 120 rəsmi nümayəndə heyəti də daxil idi. Bu 3 gün ərzində 40-dan çox müzakirə və panel müzakirəsi keçirilib.

“Burada xüsusilə, bizim gələcək inkişafımızla bağlı ümumi iradəmizi əks etdirən Bakı deklarasiyasının qəbul edilməsini qeyd etmək lazımdır. Bu artıq qarşımızda yeni əməkdaşlıq imkanları açan siyasi sənəddir. Gələn il biz bu prosesi davam etdirəcəyik. Bakı prosesi movcuddur və gələn il biz Mədəniyyətlərarası Dialoq üzrə 4-cü Beynəlxalq Forum keçirəcəyik”,- deyə nazir əlavə edib.

1news.az

 

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər