ANAMA: Aprelin 7-dən 26-dək 1289 ədəd partlamamış hərbi sursat və 10 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ANAMA: Aprelin 7-dən 26-dək 1289 ədəd partlamamış hərbi sursat və 10 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO

09:40 - 27 / 04 / 2016
ANAMA: Aprelin 7-dən 26-dək 1289 ədəd partlamamış hərbi sursat və 10 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprelin 7-dən 26-dək 1289 ədəd partlamamış hərbi sursat və 10 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Bu haqda 1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, bu müddətdə Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz və Samux rayonlarında 348 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 1 orta məktəbə, 1 tibb məntəqəsinə, 5 fermaya, əkin sahələrinə və 1 çaxır zavodu ərazisinə baxış keçirilib.

Tərtər rayonunun Qapanlı kəndində 1 ev və həyətyanı sahədə, 1 tibb məntəqəsində 9 partlayış yerinə baxış təşkil edilib, 1 ədəd 122 millimetrlik partlamamış top mərmisi aşkar edilərək götürülüb. Nəticədə 7 min kvadratmetr ərazi yoxlanılıb.

Qaradağlı kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib. Nəticədə 9 min 700 kvadratmetr ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonunun Alıxanlı kəndində 5 partlayış yeri yoxlanılıb. Bir ədəd 100 millimetrlik partlamamış top mərmisi aşkar olunaraq götürülüb.

Ağdam rayonunun Təzəkənd kəndində 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib. Partlamamış hərbi sursat aşkar edilməyib və nəticədə 2 min kvadratmetr ərazi yoxlanılıb.

Əfətli kəndindən keçən Qarqar çayı ilə axıb gələn və aprelin 25-də aşkar edilərək işarələnmiş 1 piyada əleyhinə mina partlayış yolu ilə zərərsizləşdirilib.

Aprelin 26-da agentlik tərəfindən 5 ev, 1 tibb məntəqəsi, 20 partlayış yeri yoxlanılıb, 2 partlamamış hərbi sursat, 1 mina zərərsizləşdirilib və 19 min 820 kvadratmetr ərazi yoxlanılıb.

Hazırda xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirirlər.

1news.az

Paylaş:
1475

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər