Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək

10:20 - 27 / 04 / 2016
Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 aprel 2016-cı il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

1news.az-a Fövqəladə Halllar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Masallı, Cəlilabad, Lənkəran, Lerik, Astara, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi 17) 28 aprel 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1news.az

Paylaş:
970

Son xəbərlər

Bütün xəbərlər