PA rəsmisi: “Biz, Qərblə bir-birimizi anlamalıyıq”
“Burada BMT-nin lazımsızlığından danışılır. O zaman nə üçün bu təşkilat 50 ildən artıqdır ki, saxlanılır?”
1news.az-ın verdiyi məlumatına görə, bu sualı Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Şimali İrlandiya Milli Asambleyasının sabir spikeri Lord Alderdaysanın BMT öz ordusu və polisi olmayan və problemi həll edə bilməyən lazımsız qurumdur bəyanatına cavab olaraq bildirib.
“Biz buraya dünyada baş verən problemləri həll etmək üçün toplaşmışıq. Belə çıxır ki, kimin pulu varsa BMT-yə ödəyir və problemlərini həll edir?”, - N.Məmmədov bildirib.
“25 ildir ki, SSSR süqut edib. Bu məkan Qərb üçün hansı əhəmiyyət kəsb edir?”, - N.Məmmədov sual edib.
Onun sözlərinə görə, Azərbaycan 25 ildir ki, Qərblə inam və sədaqətlə əməkdaşlıq edir:
“Mərkəzi Asiya ölkələri bu əməkdaşlığı görəndən sonra kənara çəkildilər. İstəyirik ki, qarşılıqlı inam olsun və biz bilək ki, haraya gedirik. Biz bir-birimizi anlamalıyıq”.
Mövzu ilə əlaqədar oxuyun:
Novruz Məmmədov: “Aparıcı ölkələr beynəlxalq hüquq haqqında onlara sərfəli olan zaman xatırlayırlar”
1news.az