Müdafiə nazirinin müavini: “Ohanyanın Moskvadakı çıxışı erməni tərəfin əvvəlcədən planlaşdırılmış təxribatıdır” | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə nazirinin müavini: “Ohanyanın Moskvadakı çıxışı erməni tərəfin əvvəlcədən planlaşdırılmış təxribatıdır”

16:44 - 28 / 04 / 2016
Müdafiə nazirinin müavini: “Ohanyanın Moskvadakı çıxışı erməni tərəfin əvvəlcədən planlaşdırılmış təxribatıdır”

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Moskvada, təhlükəsizlik məsələlərinə həsr edilmiş 5-ci beynəlxalq konfransda çıxışı bu beynəlxalq tədbirin iştirakçılarının diqqətini münaqişə zonasında baş verən hadisələrə cəlb etmək məqsədilə erməni tərəfin əvvəlcədən hazırlanmış təxribatıdır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib:

“Bir tərəfdən, erməni nazir “sülhməramlı” qiyafəsində çıxış edir, digər tərəfdən - Ermənistan silahlı qüvvələri dalbadal üç gecədir ki, Azərbaycanın cəbhəyanı zonada yaşayan dinc əhalisini atəşə tutur. Dinc sakinlərə və onların evlərinə atəş açan erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir”.

1news.az

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər